Reklam verin!
bacım Əlvana

Kimisinin dərya qədər sevinci,
Kimisinin kədəri var, ay bacım,
Üzə düşüb hamı gülür, danışır,
Kimin kimdən xəbəri var, ay bacım.

Yazan yazıb, bəxt önündə biz naçar,
Ahımdan fələyin küməsi uçar,
Bağlayan bağlayıb, bir gün də açar
Ömrün qəza-qədəri var, ay bacım.

Dünya yoldur, hesabı yox keçənin,
Cavabı yox nə üçünün, necənin,
Unutma ki, hər qaranlıq gecənin
Bir işıqlı səhəri var, ay bacım.

Açar sözlər: nikbinlik optimizm xatirə fərəcli sabaha 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:21 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 101

Gözüm uzaqlara dikildi, gülüm,
Yolumda tikanlar əkildi, gülüm.
Gecələr yuxum da çəkildi, gülüm,
Sən niyə gəlmədin, niyə gəlmədin.

Mənim ki, yükümü başdan əyiblər,
Eşqimi bəxtimə qul eləyiblər,
Hamının gedəni gəlsin deyiblər,
Sən niyə gəlmədin, niyə gəlmədin.

Açar sözlər: xatirə fərəcli sevgi həsrət intizar 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:17 | Bölməsiz | Şərhlər(2) | Baxış sayı: 125

Nələrin üstündən indi xətt çəkib,
Gör neçə Xatirə ovutmalıyam.
Unudub ömrümdə olub keçəni,
Səni də biryolluq unutmalıyam.

Açar sözlər: ah unutmaq xatirə lirik-şeir 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 20:57 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 87

Qabaqki yazılar

  Yazılar cəmi: 3