Reklam verin!
Yuma Ailə Jurnalı
Havada nə soyuq var,
nə şaxta, nə qar
İsti ocaq qırağında
üstümə gəlir
buz kimi soyuq dar-divar.
Üşüyürəm,
tənhalığın soyuğudur
üşüdən məni.
Üşütməsin belə soyuq,
belə sazaq
bir kimsəni.

Açar sözlər: tənhalıq lirik-şeir 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:29 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 85

Alar xatirələr öz ağuşuna,
Bir kövrək bayatı olaram yenə.
Dönərəm bir dəli yaz yağışına,
Axıb dəryalara dolaram yenə.

Yoxuşlar adlayıb, enişlər gəzib,
Tikanlar tapdayıb, qanqallar əzib,
Payız çiçəyi tək sazağa dözüb
Bahar həsrətiylə solaram yenə.

Demirəm küskünəm doğmadan, yaddan,
Ancaq təkbaşına çıxmışam oddan
Döndərib üzümü bu məxluqatdan
Dörd divar içində qalaram yenə.

Açar sözlər: küsgünlük mətinlik tənhalıq 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:26 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 87

Qabaqki yazılar

  Yazılar cəmi: 2