Reklam verin!
Qəmə məhkum bu ömrümü
Kəsmə, ay Allah bəndəsi,
Yolum üstə külək olub
Əsmə, ay Allah bəndəsi.

Bu dünya bir uçuq kaha,
Ümid yox gələn sabaha
Küssən barışmaram daha
Küsmə, ay Allah bəndəsi.

Bir yollardır, bir pəncərəm
Gözləyirəm gözləri nəm.
Sənin səadətin mənəm
Gəzmə, ay Allah bəndəsi.

Açar sözlər: səadət xoşbəxtlik sevgi məhəbbət intizar 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:18 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 95

Soruşma halımı gendən-yaxından
Günlərim bombozdur duman içində
Ürəyin deyəni dilin demədi
Mən səni itirdim yalan içində.

Dağ qoyub getdiyin indi təpədir
Sellər, sular yuyur, yellər tərpədir.
Qəlbim oyuq-oyuq, qəlpə-qəlpədir
Boşuna gözlədim güman içində.

Dönmüşəm bir gizli nisgilə, aha
Mənə yazı yazan batıb günaha
Köçümü dünyadan çəkmişəm daha
Kim qalar bu boyda talan içində.

Açar sözlər: sevgi məhəbbət vəfasızlıq lirika lirik 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:14 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 89

Qabaqki yazılar

  Yazılar cəmi: 2