Reklam verin!
Ələnir quşbaşı qar…
Göylərin ağ yuxusu,
dərdli bir ürəyin
ağrısı.
Qərib axşamda,
Qərib bir taledən
baxıram.
Yağan qarın üzünə
tənha, bəyaz
bir ürəklə çıxıram.
Ay yağan qar,
könlümə çıraq tutdun.
Unutdum özümü,
dərdlərimi
Ovutdun məni, ovutdun.

Açar sözlər: qar lirika hüzur 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:22 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 85

Soruşma halımı gendən-yaxından
Günlərim bombozdur duman içində
Ürəyin deyəni dilin demədi
Mən səni itirdim yalan içində.

Dağ qoyub getdiyin indi təpədir
Sellər, sular yuyur, yellər tərpədir.
Qəlbim oyuq-oyuq, qəlpə-qəlpədir
Boşuna gözlədim güman içində.

Dönmüşəm bir gizli nisgilə, aha
Mənə yazı yazan batıb günaha
Köçümü dünyadan çəkmişəm daha
Kim qalar bu boyda talan içində.

Açar sözlər: sevgi məhəbbət vəfasızlıq lirika lirik 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:14 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 89

Qabaqki yazılar

  Yazılar cəmi: 2