Reklam verin!
Qəmə məhkum bu ömrümü
Kəsmə, ay Allah bəndəsi,
Yolum üstə külək olub
Əsmə, ay Allah bəndəsi.

Bu dünya bir uçuq kaha,
Ümid yox gələn sabaha
Küssən barışmaram daha
Küsmə, ay Allah bəndəsi.

Bir yollardır, bir pəncərəm
Gözləyirəm gözləri nəm.
Sənin səadətin mənəm
Gəzmə, ay Allah bəndəsi.

Açar sözlər: səadət xoşbəxtlik sevgi məhəbbət intizar 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:18 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 96

Gözüm uzaqlara dikildi, gülüm,
Yolumda tikanlar əkildi, gülüm.
Gecələr yuxum da çəkildi, gülüm,
Sən niyə gəlmədin, niyə gəlmədin.

Mənim ki, yükümü başdan əyiblər,
Eşqimi bəxtimə qul eləyiblər,
Hamının gedəni gəlsin deyiblər,
Sən niyə gəlmədin, niyə gəlmədin.

Açar sözlər: xatirə fərəcli sevgi həsrət intizar 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:17 | Bölməsiz | Şərhlər(2) | Baxış sayı: 125

Kölgələnmiş aya döndüm,
Sıralandım, saya döndüm,
Toy – büsatdım, vaya döndüm,
Səni gözlədim.

Gəzən səda-soraq olub,
Gözü itmiş bulaq olub,
Yaxınlara uzaq olub
Səni gözlədim.

Ucalardan enmədin sən,
Daşa döndün dinmədin sən,
Nələr çəkdim… bilmədin sən…
Səni gözlədim.

Açar sözlər: sevgi intizar həsrət məşəqqət 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:06 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 90

Qabaqki yazılar

  Yazılar cəmi: 3