Reklam verin!
Yuma Ailə Jurnalı
Gördüm bir kimsədən mənə haray yox
Özüm öz dadıma çatdım, ovundum,
Dərdimi-sərimi qoyub bir yana
Başımı başlara qatdım, ovundum.

Gah gizli, gah aşkar çəkdim acını,
Ram etdim ruhumun ehtiyacını,
Axıb yanağıma düşən damcını
Silib titrək əllə atdım, ovundum.

Əyilməz başlara bəlaymış inad
Məni də qəlibə saldı bu həyat
Laylaya, öyüdə yatmazdım bir vaxt
Qədər sığalına yatdım, ovundum.

Gör nə arzuladım, nəyə qovuşdum
Yovuşmaz günlərə naçar yovuşdum
Bir dəli şimşəkdim keçdim sovuşdum
Eləcə içimdə batdım ovundum.

Açar sözlər: ْxatirə fərəcli lirik şeir romantik 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:34 | Bölməsiz | Şərhlər(2) | Baxış sayı: 107

Qabaqki yazılar

  Yazılar cəmi: 1