Kiridəcəm
ürəyimi,
Kiridəcəm dərdi, qəmi
Unudacam bu gündən səni,
unudacam.
… Çox da ki,
dodağının həsrətindən
çat-çat olub
dodaqlarım,
Buza dönüb yanaqlarım,
yanına gəlmək üçün
ürəyimdən
işarə gözləyir ayaqlarım
…Çox da ki,
gəlişinə ümid edib,
yol gözləyir
gözlərim, Əlimdə qələm titrəyir
Qan ağlayır
sözlərim.
Alışacam,
alışacam tənhalığıma.
Sən mənim
ömrümə qılınc,
başıma qaxınc,
Sevincimin qənimi.
… Ah bilmirəm,
bilmirəm nə istədiyimi.
ürəyimi,
Kiridəcəm dərdi, qəmi
Unudacam bu gündən səni,
unudacam.
… Çox da ki,
dodağının həsrətindən
çat-çat olub
dodaqlarım,
Buza dönüb yanaqlarım,
yanına gəlmək üçün
ürəyimdən
işarə gözləyir ayaqlarım
…Çox da ki,
gəlişinə ümid edib,
yol gözləyir
gözlərim, Əlimdə qələm titrəyir
Qan ağlayır
sözlərim.
Alışacam,
alışacam tənhalığıma.
Sən mənim
ömrümə qılınc,
başıma qaxınc,
Sevincimin qənimi.
… Ah bilmirəm,
bilmirəm nə istədiyimi.
Açar sözlər: lirik şeir şeirlər
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:01 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 74
Baharda sevmişdim səni
Səni də sevmişdim
baharı sevdiyim tək
arzularım
qönçə-qönçə,
çiçək-çiçək.
“baharda gələrəm”
demişdin
qoşulub gəlin bahara
baxışlarım
ağ göyərçin kimi
qondu yollara.
… daş bitirdi yolların
çəkdim gözümü
yerində dərdin qaldı
elə bildim
günahkar bahardı.
Səni də sevmişdim
baharı sevdiyim tək
arzularım
qönçə-qönçə,
çiçək-çiçək.
“baharda gələrəm”
demişdin
qoşulub gəlin bahara
baxışlarım
ağ göyərçin kimi
qondu yollara.
… daş bitirdi yolların
çəkdim gözümü
yerində dərdin qaldı
elə bildim
günahkar bahardı.
Açar sözlər: romantik şeirlər sevgi bahar
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:00 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 76
Qabaqki yazılar
- AXTARIR
- Havada nə soyuq var...
- Asta-asta çökür qaranlıq...
- Pəncərədən asılıb qalan...
- YENƏ
- Axar hara aparırsa...
- Bu bahar anamsızam...
- Bu dünyanın üzümə...
- Bura təbiətin əl boyda bir bucağı...
- OVUTDUN MƏNİ, OVUTDUN
- Qəbir üstə bitən ağac...
- AY BACIM
- TƏBİƏTİN QOYNUNDA
- SƏNİN SƏADƏTİN MƏNƏM
- NİYƏ GƏLMƏDİN
- İÇİNDƏ
- Gördüm, qar da gördüm, boran da gördüm...
- QORU BU SEVGİDƏN MƏNİ, İLAHİ
- SƏNİ GÖZLƏDİM
- Kiridəcəm ürəyimi...
- Könlüm kimsəsiz bir ev idi...
- Baharda sevmişdim səni...
- Havada nə soyuq var...
- Asta-asta çökür qaranlıq...
- Pəncərədən asılıb qalan...
- YENƏ
- Axar hara aparırsa...
- Bu bahar anamsızam...
- Bu dünyanın üzümə...
- Bura təbiətin əl boyda bir bucağı...
- OVUTDUN MƏNİ, OVUTDUN
- Qəbir üstə bitən ağac...
- AY BACIM
- TƏBİƏTİN QOYNUNDA
- SƏNİN SƏADƏTİN MƏNƏM
- NİYƏ GƏLMƏDİN
- İÇİNDƏ
- Gördüm, qar da gördüm, boran da gördüm...
- QORU BU SEVGİDƏN MƏNİ, İLAHİ
- SƏNİ GÖZLƏDİM
- Kiridəcəm ürəyimi...
- Könlüm kimsəsiz bir ev idi...
- Baharda sevmişdim səni...
Yazılar cəmi: 2




