Alar xatirələr öz ağuşuna,
Bir kövrək bayatı olaram yenə.
Dönərəm bir dəli yaz yağışına,
Axıb dəryalara dolaram yenə.
Yoxuşlar adlayıb, enişlər gəzib,
Tikanlar tapdayıb, qanqallar əzib,
Payız çiçəyi tək sazağa dözüb
Bahar həsrətiylə solaram yenə.
Demirəm küskünəm doğmadan, yaddan,
Ancaq təkbaşına çıxmışam oddan
Döndərib üzümü bu məxluqatdan
Dörd divar içində qalaram yenə.
Bir kövrək bayatı olaram yenə.
Dönərəm bir dəli yaz yağışına,
Axıb dəryalara dolaram yenə.
Yoxuşlar adlayıb, enişlər gəzib,
Tikanlar tapdayıb, qanqallar əzib,
Payız çiçəyi tək sazağa dözüb
Bahar həsrətiylə solaram yenə.
Demirəm küskünəm doğmadan, yaddan,
Ancaq təkbaşına çıxmışam oddan
Döndərib üzümü bu məxluqatdan
Dörd divar içində qalaram yenə.
Açar sözlər: küsgünlük mətinlik tənhalıq
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:26 | Bölməsiz |
Şərhlər(0) | Baxış sayı: 87




