Reklam verin!
Yuma Ailə Jurnalı
Unudaram nisgili,
Ollam dağların gülü,
Keçirsəm bircə günü
Təbiətin qoynunda.

Gül-çiçək ətir saçar,
Xəyalım qanad açar,
Uçar, azadə uçar
Təbiətin qoynunda.

Şəffaf şehlər mirvari,
Çəmənlər yaşıl xalı,
Ollam qəmdən aralı,
Təbiətin qoynunda.

Bürünərəm dumana,
Dönər qəlbim ümmana,
Ömür verrəm bir ana
Təbiətin qoynunda.

Hər tərəf yaşıl çəmən,
Qaya məğrur, dərə çən,
Heç zaman ölmərəm mən
Təbiətin qoynunda.

Açar sözlər: təbiət gözəllik mənzərə 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:20 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 79

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha