Qəmə məhkum bu ömrümü
Kəsmə, ay Allah bəndəsi,
Yolum üstə külək olub
Əsmə, ay Allah bəndəsi.
Bu dünya bir uçuq kaha,
Ümid yox gələn sabaha
Küssən barışmaram daha
Küsmə, ay Allah bəndəsi.
Bir yollardır, bir pəncərəm
Gözləyirəm gözləri nəm.
Sənin səadətin mənəm
Gəzmə, ay Allah bəndəsi.
Kəsmə, ay Allah bəndəsi,
Yolum üstə külək olub
Əsmə, ay Allah bəndəsi.
Bu dünya bir uçuq kaha,
Ümid yox gələn sabaha
Küssən barışmaram daha
Küsmə, ay Allah bəndəsi.
Bir yollardır, bir pəncərəm
Gözləyirəm gözləri nəm.
Sənin səadətin mənəm
Gəzmə, ay Allah bəndəsi.
Açar sözlər: səadət xoşbəxtlik sevgi məhəbbət intizar
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:18 | Bölməsiz |
Şərhlər(0) | Baxış sayı: 95



