Kölgələnmiş aya döndüm,
Sıralandım, saya döndüm,
Toy – büsatdım, vaya döndüm,
Səni gözlədim.
Gəzən səda-soraq olub,
Gözü itmiş bulaq olub,
Yaxınlara uzaq olub
Səni gözlədim.
Ucalardan enmədin sən,
Daşa döndün dinmədin sən,
Nələr çəkdim… bilmədin sən…
Səni gözlədim.
Sıralandım, saya döndüm,
Toy – büsatdım, vaya döndüm,
Səni gözlədim.
Gəzən səda-soraq olub,
Gözü itmiş bulaq olub,
Yaxınlara uzaq olub
Səni gözlədim.
Ucalardan enmədin sən,
Daşa döndün dinmədin sən,
Nələr çəkdim… bilmədin sən…
Səni gözlədim.
Açar sözlər: sevgi intizar həsrət məşəqqət
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:06 | Bölməsiz |
Şərhlər(0) | Baxış sayı: 90



