Reklam verin!
Yuma Ailə Jurnalı
Dəvətsiz qonağ tək döydü qapımı,
Arzu tək, fərağ tək döydü qapımı,
Tə'nə tək, qınağ tək döydü qapımı
Qoru bu sevgidən məni, ilahi.

Mələkmi, şeytanmı göylərdən enib,
Dönüb xoş nəğməyə könlümdə dinib,
Könül oğrusudur, qəlbimə girib
Qoru bu sevgidən məni, ilahi.

Qoydun sevgimə də qoruq-qadağa,
Baxdım ki, sığışmır yola-yolağa,
Olsun qınaqlara sevgim sadağa,
Qoru bu sevgidən məni, ilahi.

Açar sözlər: sevgi gözlənilməz eşq 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:08 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 88

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha