Qəbir üstə bitən ağac
o baş daşı dərdimdi
durmusan dərdimlə qoşa
sənə can verən
torpağa qarışıb
canım qədər sevdiyim insan
ruhum payız görkəmin
sapsarı, pərişan.
Nə hüznlü pıçıldayır
yarpaqların
yaxın bir kəsim kimi
oxşayımmı,
sığınımmı sənə
əzizimin kölgəsi kimi.
o baş daşı dərdimdi
durmusan dərdimlə qoşa
sənə can verən
torpağa qarışıb
canım qədər sevdiyim insan
ruhum payız görkəmin
sapsarı, pərişan.
Nə hüznlü pıçıldayır
yarpaqların
yaxın bir kəsim kimi
oxşayımmı,
sığınımmı sənə
əzizimin kölgəsi kimi.
Açar sözlər:
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:22 | Bölməsiz |
Şərhlər(1) | Baxış sayı: 98




Təbriklər.
İyun 23, 2008 15:13Çox bəyəndim bu şerinizi.
Qələminiz var olsun!