Reklam verin!
Yuma Ailə Jurnalı
Gözümdən oxundu qəlbimin qəmi
Bəxtəvər görünmək üzümə qaldı.
Qismət deyə-deyə, bəxt deyə-deyə
Gəzib dolanmağım özümə qaldı.

Sığındım payıza, qışa gözlədim,
Baxmadım ömürə, yaşa gözlədim
Gözlədim hədərə, boşa gözlədim
Yollara dikilmək gözümə qaldı.

Həsrətin özüymüş sapsarı dünya,
Qıymadı könlümə baharı dünya,
Gülmədi üzümə bu qarı dünya
Mənimki yenə də dözümə qaldı.

Açar sözlər:

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:32 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 83

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha