Ələnir quşbaşı qar…
Göylərin ağ yuxusu,
dərdli bir ürəyin
ağrısı.
Qərib axşamda,
Qərib bir taledən
baxıram.
Yağan qarın üzünə
tənha, bəyaz
bir ürəklə çıxıram.
Ay yağan qar,
könlümə çıraq tutdun.
Unutdum özümü,
dərdlərimi
Ovutdun məni, ovutdun.
Göylərin ağ yuxusu,
dərdli bir ürəyin
ağrısı.
Qərib axşamda,
Qərib bir taledən
baxıram.
Yağan qarın üzünə
tənha, bəyaz
bir ürəklə çıxıram.
Ay yağan qar,
könlümə çıraq tutdun.
Unutdum özümü,
dərdlərimi
Ovutdun məni, ovutdun.
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:22 | Bölməsiz |
Şərhlər(0) | Baxış sayı: 84




