Reklam verin!
Gördüm bir kimsədən mənə haray yox
Özüm öz dadıma çatdım, ovundum,
Dərdimi-sərimi qoyub bir yana
Başımı başlara qatdım, ovundum.

Gah gizli, gah aşkar çəkdim acını,
Ram etdim ruhumun ehtiyacını,
Axıb yanağıma düşən damcını
Silib titrək əllə atdım, ovundum.

Əyilməz başlara bəlaymış inad
Məni də qəlibə saldı bu həyat
Laylaya, öyüdə yatmazdım bir vaxt
Qədər sığalına yatdım, ovundum.

Gör nə arzuladım, nəyə qovuşdum
Yovuşmaz günlərə naçar yovuşdum
Bir dəli şimşəkdim keçdim sovuşdum
Eləcə içimdə batdım ovundum.

Açar sözlər: ْxatirə fərəcli lirik şeir romantik 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:34 | Bölməsiz | Şərhlər(2) | Baxış sayı: 107

Şərhlər

1

salam
sevimli dostum izinizlə "qaldırım ayaqlarının altında" bir yeni şeir blogı açılıb.nəhayət ehtiramla sizin ayaq izlərinizi bu şeir odasında gözləyirəm sizin dəyərli ha belə ilhamla dölu şərhləriniz və önəriləriniz mən üçün sevindirici olacaq.
uolunuzu gözləyirəm...
buyurun lütfən

hürmətlə
elyad musəvi

İyun 22, 2008 3:01
2

"Qədər sığalına yatdım ovundum"
misrasını çox gözəl demisiniz.
Əllzrinizə sağlıq.
Umumiyyətlə şeirlərinizi oxudum , belə deyimlər olarin içində var
Şeirə dad verən, gözəllik verən elə deyimlərdi. Amma fikir verdim bütün şeirləriniz kədər üstə köklənib.
Bu da yəqin ki səbəbsiz deyil. Çünki şeirləriniz hər şeyi deyir.
Nə isə... Sizə uğurlar

Avqust 27, 2008 11:43

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha