Könlüm
kimsəsiz bir ev idi
insan nəfəsinə
həsrət
gəldin...
hənirinlə isindi
qışın əvvəlində
günəşə aldanan ağac tək.
getdin...
itdin buludlarda
Ay kimi
oturmuşam üzü qaranlığa
var-yoxu əlindən getmiş
Bəy kimi.
kimsəsiz bir ev idi
insan nəfəsinə
həsrət
gəldin...
hənirinlə isindi
qışın əvvəlində
günəşə aldanan ağac tək.
getdin...
itdin buludlarda
Ay kimi
oturmuşam üzü qaranlığa
var-yoxu əlindən getmiş
Bəy kimi.
Açar sözlər:
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:01 | Bölməsiz |
Şərhlər(0) | Baxış sayı: 74




