Reklam verin!
Yuma Ailə Jurnalı
Kiridəcəm
ürəyimi,
Kiridəcəm dərdi, qəmi
Unudacam bu gündən səni,
unudacam.
… Çox da ki,
dodağının həsrətindən
çat-çat olub
dodaqlarım,
Buza dönüb yanaqlarım,
yanına gəlmək üçün
ürəyimdən
işarə gözləyir ayaqlarım
…Çox da ki,
gəlişinə ümid edib,
yol gözləyir
gözlərim, Əlimdə qələm titrəyir
Qan ağlayır
sözlərim.
Alışacam,
alışacam tənhalığıma.
Sən mənim
ömrümə qılınc,
başıma qaxınc,
Sevincimin qənimi.
… Ah bilmirəm,
bilmirəm nə istədiyimi.

Açar sözlər: lirik şeir şeirlər 

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:01 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 74

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha