Bir ömrün səadət payına həsrət
Yarımı itirmiş yarıyam indi.
İnanma kimisə xoşbəxt eləyəm,
Kiminsə bəxtinə yarıyam indi.
Bir küskün ovqatam, kədərli çağam,
Səhra dolaşıram gülzarım vağam.
Hərdən tanrıma da asiyəm, ağam,
Sancmağa yer gəzən arıyam indi.
İçimdə payızdı, çölümdə yazdı,
Deyirlər bəxtəvər işvədi, nazdı.
Bir üzüm gəlindi, bir üzüm qızdı,
Fikrimdə yüz yaşlı qarıyam indi.
Dərdimə girovdur məhəbbət, həvəs,
Bu bəxtlə dünyaya gəlişim əbəs.
Ay məni özünə yar istəyən kəs,
Mən dərdin, kədərin yarıyam indi.
Yarımı itirmiş yarıyam indi.
İnanma kimisə xoşbəxt eləyəm,
Kiminsə bəxtinə yarıyam indi.
Bir küskün ovqatam, kədərli çağam,
Səhra dolaşıram gülzarım vağam.
Hərdən tanrıma da asiyəm, ağam,
Sancmağa yer gəzən arıyam indi.
İçimdə payızdı, çölümdə yazdı,
Deyirlər bəxtəvər işvədi, nazdı.
Bir üzüm gəlindi, bir üzüm qızdı,
Fikrimdə yüz yaşlı qarıyam indi.
Dərdimə girovdur məhəbbət, həvəs,
Bu bəxtlə dünyaya gəlişim əbəs.
Ay məni özünə yar istəyən kəs,
Mən dərdin, kədərin yarıyam indi.
Açar sözlər:
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:37 | Bölməsiz |
Şərhlər(2) | Baxış sayı: 105
Şərhlər
2
Mehman Goytepeli yazıb:
Xatirə xanım!
Sizin bütün şeirləriniz mənim xoşuma gəldi. Amma "Mən dərdin, kədərin yarıyam indi" ıeiriniz beynimdı bir iz buraxdi.
Canli seirdir. Ürəyə işləyir. Sizə uğurlar




gercekten cok az da olsa siirleriniz duygularinizdan dökülen satirlar harikulade eserler olup cikmis...
İyun 16, 2008 23:56sizi tebrik ederim
ilgi alanim edebiyat olunca siirlerinizi okumanin güzel olacagini düsündüm...
size güzel günler dileyerek.
y..icik