Soruşma halımı gendən-yaxından
Günlərim bombozdur duman içində
Ürəyin deyəni dilin demədi
Mən səni itirdim yalan içində.
Dağ qoyub getdiyin indi təpədir
Sellər, sular yuyur, yellər tərpədir.
Qəlbim oyuq-oyuq, qəlpə-qəlpədir
Boşuna gözlədim güman içində.
Dönmüşəm bir gizli nisgilə, aha
Mənə yazı yazan batıb günaha
Köçümü dünyadan çəkmişəm daha
Kim qalar bu boyda talan içində.
Günlərim bombozdur duman içində
Ürəyin deyəni dilin demədi
Mən səni itirdim yalan içində.
Dağ qoyub getdiyin indi təpədir
Sellər, sular yuyur, yellər tərpədir.
Qəlbim oyuq-oyuq, qəlpə-qəlpədir
Boşuna gözlədim güman içində.
Dönmüşəm bir gizli nisgilə, aha
Mənə yazı yazan batıb günaha
Köçümü dünyadan çəkmişəm daha
Kim qalar bu boyda talan içində.
Açar sözlər: sevgi məhəbbət vəfasızlıq lirika lirik
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:14 | Bölməsiz |
Şərhlər(0) | Baxış sayı: 89



