Reklam verin!
Sən niyə baxırsan yollara, niyə
Kimi gözləyirsən, gözüm, bu nədi?
Ürəyim, köksümü dağıtma, toxta
Yoxsa tükənibdi dözüm, bu nədi?

Nədi bu intizar, bu qüssə, ələm?
Könlümü uçurur boğulan naləm
Çökübdü çöhrəmə qəlbimdəki qəm
Solub yanaqlarım, üzüm, bu nədi?

Köçüm uzaqlarda … ömür də yarı,
Yağır, çalın-çarpaz taleyin qarı.
Yeriyir üstümə qəm karvanları,
Bəs hanı təpərin, dizim, bu nədi?

Açar sözlər:

Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:41 | Bölməsiz | Şərhlər(6) | Baxış sayı: 148

Şərhlər

1

Super ugurlar arzulayiram

İyun 5, 2008 14:50
2
Afiq Ağdami yazıb:

Uğurlarınızın davamını diləyirəm.

İyun 23, 2008 15:09
3
Turalfot yazıb:

Qesehgdi, xosuma geldi.

İyul 17, 2008 11:47
4
Şəbnəm yazıb:

Nədi bu intizar, bu qüssə, ələm?
Könlümü uçurur boğulan naləm
Çökübdü çöhrəmə qəlbimdəki qəm
Solub yanaqlarım, üzüm, bu nədi?

Çox gözəl. Şerləriniz mən də bəyənirəm. Uğurlar olsun XAtirə xanım.

Avqust 5, 2008 22:08
5

Xatirə xanim!
Serləriniz hamısı bir-birindən gözəldi, təravətlidi, canlıdı.
Heyif kitabinizi əldə edə bilmzmişəm
sizə uğurlar

Avqust 7, 2008 10:20
6
tatlar yazıb:

Çok çok güzel şirlerinizi okudum. Gönlünüze sağlık, tebrik ederim.

Oktyabr 29, 2008 12:39

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha