Bu darıxmaq, aman tanrım,
Buraxmır yaxamı nədən?
Darıxıram, darıxıram
Dar gəlir ruhuma bədən.
Qara qarışqalar kimi
Yol gedirik yön fələyin
Yolumuz bir mənzilədir
Kimi asta, kimi yeyin.
İçimizdən alışırıq
Kül olub sönənə qədər
Heçdən gələn darıxacaq
Heçliyə dönənə qədər.
Buraxmır yaxamı nədən?
Darıxıram, darıxıram
Dar gəlir ruhuma bədən.
Qara qarışqalar kimi
Yol gedirik yön fələyin
Yolumuz bir mənzilədir
Kimi asta, kimi yeyin.
İçimizdən alışırıq
Kül olub sönənə qədər
Heçdən gələn darıxacaq
Heçliyə dönənə qədər.
Açar sözlər:
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:37 | Bölməsiz |
Şərhlər(2) | Baxış sayı: 111




Dar gəlir ruhuma bədən.
İyun 25, 2008 22:38Bu misra, ifadə çox xoşuma gəldi. Maraqlı yazırsınız.
Uğurlar