bacım Əlvana
Kimisinin dərya qədər sevinci,
Kimisinin kədəri var, ay bacım,
Üzə düşüb hamı gülür, danışır,
Kimin kimdən xəbəri var, ay bacım.
Yazan yazıb, bəxt önündə biz naçar,
Ahımdan fələyin küməsi uçar,
Bağlayan bağlayıb, bir gün də açar
Ömrün qəza-qədəri var, ay bacım.
Dünya yoldur, hesabı yox keçənin,
Cavabı yox nə üçünün, necənin,
Unutma ki, hər qaranlıq gecənin
Bir işıqlı səhəri var, ay bacım.
Kimisinin dərya qədər sevinci,
Kimisinin kədəri var, ay bacım,
Üzə düşüb hamı gülür, danışır,
Kimin kimdən xəbəri var, ay bacım.
Yazan yazıb, bəxt önündə biz naçar,
Ahımdan fələyin küməsi uçar,
Bağlayan bağlayıb, bir gün də açar
Ömrün qəza-qədəri var, ay bacım.
Dünya yoldur, hesabı yox keçənin,
Cavabı yox nə üçünün, necənin,
Unutma ki, hər qaranlıq gecənin
Bir işıqlı səhəri var, ay bacım.
Açar sözlər: nikbinlik optimizm xatirə fərəcli sabaha
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:21 | Bölməsiz |
Şərhlər(0) | Baxış sayı: 55



