Bu dünyadan dəli könül,
Qaçmağa bir yer axtarır.
Üz sürtməyə Kə'bə daşı,
Üz tutmağa pir axtarır.
Fələyin ürəyi daşdı,
Başıma min oyun açdı.
Qəlbim ümidə möhtacdı
Bir tapanda, bir axtarır.
Düşüb dərdin kəməndinə
Sığıb-sığışmır bəndinə
Öz gününə, öz dərdinə
Ağlayan bir el axtarır.
Qaçmağa bir yer axtarır.
Üz sürtməyə Kə'bə daşı,
Üz tutmağa pir axtarır.
Fələyin ürəyi daşdı,
Başıma min oyun açdı.
Qəlbim ümidə möhtacdı
Bir tapanda, bir axtarır.
Düşüb dərdin kəməndinə
Sığıb-sığışmır bəndinə
Öz gününə, öz dərdinə
Ağlayan bir el axtarır.
Açar sözlər:
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:30 | Bölməsiz |
Şərhlər(0) | Baxış sayı: 93



