Dindirmə, əriyər könlümün buzu,
Axar yanağımdan sellənib gedər.
Yazağzı sel-sudan çaxnaşıb artan
Çeşmətək gözündən lillənib gedər.
Gün kimi gəlmişdin boran könlümə,
Ağlımın bəlası olan könlümə,
Demədim talan sal, talan könlümdə
Pünhanlar boy verər, bəllənib gedər.
Qəlbim qan gölüdür, ləngəri əldə,
Titrədər toxunsa ötəri yel də.
Etibar itərsə qayıtmaz bir də,
Güllə yeri kimi güllənib gedər.
Axar yanağımdan sellənib gedər.
Yazağzı sel-sudan çaxnaşıb artan
Çeşmətək gözündən lillənib gedər.
Gün kimi gəlmişdin boran könlümə,
Ağlımın bəlası olan könlümə,
Demədim talan sal, talan könlümdə
Pünhanlar boy verər, bəllənib gedər.
Qəlbim qan gölüdür, ləngəri əldə,
Titrədər toxunsa ötəri yel də.
Etibar itərsə qayıtmaz bir də,
Güllə yeri kimi güllənib gedər.
Açar sözlər: sevgi etibar məhəbbət vəfasızlıq
Yazar: Xatirə Fərəcli | Tarix: Dekabr 13, 2009 20:08 | Bölməsiz | Şərhlər(1) | Baxış sayı: 34
Ay ağ çiçək, ağ çiçək,
allar düşüb gözümdən.
İçimdə bir qallıq var,
gəl, al məni özümdən.
Ürəyim ağ kəlağay,
yer tapammıram sərim.
Belə ürəklə bəlkə
ciçək olub əzəlim.
Götür, hara istəsən
apar məni, at məni.
O Bəy bəyazlığına
bələ məni, qat məni.
Gedim bir ağ yuxuya,
gedim ağ mələk kimi.
Qayıdıb bu dünyaya
gəlim ağ çiçək kimi.
allar düşüb gözümdən.
İçimdə bir qallıq var,
gəl, al məni özümdən.
Ürəyim ağ kəlağay,
yer tapammıram sərim.
Belə ürəklə bəlkə
ciçək olub əzəlim.
Götür, hara istəsən
apar məni, at məni.
O Bəy bəyazlığına
bələ məni, qat məni.
Gedim bir ağ yuxuya,
gedim ağ mələk kimi.
Qayıdıb bu dünyaya
gəlim ağ çiçək kimi.
Açar sözlər: sevgi-şeirləri
Yazar: Xatirə Fərəcli | Tarix: İyul 18, 2009 18:58 | Bölməsiz | Şərhlər(6) | Baxış sayı: 158
![]() | "Sənin səadətin mənəm" şeirlər kitabını indi elektron kitab kimi PDF formatında yükləyə bilərsiniz |
Açar sözlər: elektron-kitab sevgi şeir şeirlər-kitabı kitab
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 28, 2008 22:43 | Bölməsiz | Şərhlər(33) | Baxış sayı: 728
Bir xanımın zərif sirləri
Ömür-gün savaşında hamımız bir qədər dəyişmişik. Dünyadırmı, dövrandırmı, həyatdırmı bizi belə dəyişən?
Bir az içərisində olduğumuz cəmiyyət dəyişib, bir az da özümüz...
Bu dəyişən aləmdə zərif olduğu qədər də möhkəm və dəyişməz qalan bir qadının təbiəti nə qədər zərif sirlərlə dolu imiş...
Davamı...
Ömür-gün savaşında hamımız bir qədər dəyişmişik. Dünyadırmı, dövrandırmı, həyatdırmı bizi belə dəyişən?
Bir az içərisində olduğumuz cəmiyyət dəyişib, bir az da özümüz...
Bu dəyişən aləmdə zərif olduğu qədər də möhkəm və dəyişməz qalan bir qadının təbiəti nə qədər zərif sirlərlə dolu imiş...
Davamı...
Açar sözlər:
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 4, 2008 21:53 | Bölməsiz | Şərhlər(13) | Baxış sayı: 559
Sən niyə baxırsan yollara, niyə
Kimi gözləyirsən, gözüm, bu nədi?
Ürəyim, köksümü dağıtma, toxta
Yoxsa tükənibdi dözüm, bu nədi?
Nədi bu intizar, bu qüssə, ələm?
Könlümü uçurur boğulan naləm
Çökübdü çöhrəmə qəlbimdəki qəm
Solub yanaqlarım, üzüm, bu nədi?
Köçüm uzaqlarda … ömür də yarı,
Yağır, çalın-çarpaz taleyin qarı.
Yeriyir üstümə qəm karvanları,
Bəs hanı təpərin, dizim, bu nədi?
Kimi gözləyirsən, gözüm, bu nədi?
Ürəyim, köksümü dağıtma, toxta
Yoxsa tükənibdi dözüm, bu nədi?
Nədi bu intizar, bu qüssə, ələm?
Könlümü uçurur boğulan naləm
Çökübdü çöhrəmə qəlbimdəki qəm
Solub yanaqlarım, üzüm, bu nədi?
Köçüm uzaqlarda … ömür də yarı,
Yağır, çalın-çarpaz taleyin qarı.
Yeriyir üstümə qəm karvanları,
Bəs hanı təpərin, dizim, bu nədi?
Açar sözlər: lirika
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:41 | Bölməsiz | Şərhlər(10) | Baxış sayı: 435
Bu darıxmaq, aman tanrım,
Buraxmır yaxamı nədən?
Darıxıram, darıxıram
Dar gəlir ruhuma bədən.
Qara qarışqalar kimi
Yol gedirik yön fələyin
Yolumuz bir mənzilədir
Kimi asta, kimi yeyin.
İçimizdən alışırıq
Kül olub sönənə qədər
Heçdən gələn darıxacaq
Heçliyə dönənə qədər.
Buraxmır yaxamı nədən?
Darıxıram, darıxıram
Dar gəlir ruhuma bədən.
Qara qarışqalar kimi
Yol gedirik yön fələyin
Yolumuz bir mənzilədir
Kimi asta, kimi yeyin.
İçimizdən alışırıq
Kül olub sönənə qədər
Heçdən gələn darıxacaq
Heçliyə dönənə qədər.
Açar sözlər:
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:37 | Bölməsiz | Şərhlər(5) | Baxış sayı: 388
Bir ömrün səadət payına həsrət
Yarımı itirmiş yarıyam indi.
İnanma kimisə xoşbəxt eləyəm,
Kiminsə bəxtinə yarıyam indi.
Bir küskün ovqatam, kədərli çağam,
Səhra dolaşıram gülzarım vağam.
Hərdən tanrıma da asiyəm, ağam,
Sancmağa yer gəzən arıyam indi.
İçimdə payızdı, çölümdə yazdı,
Deyirlər bəxtəvər işvədi, nazdı.
Bir üzüm gəlindi, bir üzüm qızdı,
Fikrimdə yüz yaşlı qarıyam indi.
Dərdimə girovdur məhəbbət, həvəs,
Bu bəxtlə dünyaya gəlişim əbəs.
Ay məni özünə yar istəyən kəs,
Mən dərdin, kədərin yarıyam indi.
Yarımı itirmiş yarıyam indi.
İnanma kimisə xoşbəxt eləyəm,
Kiminsə bəxtinə yarıyam indi.
Bir küskün ovqatam, kədərli çağam,
Səhra dolaşıram gülzarım vağam.
Hərdən tanrıma da asiyəm, ağam,
Sancmağa yer gəzən arıyam indi.
İçimdə payızdı, çölümdə yazdı,
Deyirlər bəxtəvər işvədi, nazdı.
Bir üzüm gəlindi, bir üzüm qızdı,
Fikrimdə yüz yaşlı qarıyam indi.
Dərdimə girovdur məhəbbət, həvəs,
Bu bəxtlə dünyaya gəlişim əbəs.
Ay məni özünə yar istəyən kəs,
Mən dərdin, kədərin yarıyam indi.
Açar sözlər:
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:37 | Bölməsiz | Şərhlər(2) | Baxış sayı: 368
Bu qatar da ötüb getdi
Ünüm yetmədi, yetmədi.
Gedib, gedib gözdən itdi
Güman itmədi, itmədi.
Bir dəli inada qulam,
Könlümdə dağıntı, savaş.
Nagüman qatar gözləyib,
Nə çəkirəm biləydin kaş.
Söykənib tənha söyüdə
Budaqdan bar gözləyirəm.
Qatarlanıb illər gedir
Mənsə qatar gözləyirəm.
Ünüm yetmədi, yetmədi.
Gedib, gedib gözdən itdi
Güman itmədi, itmədi.
Bir dəli inada qulam,
Könlümdə dağıntı, savaş.
Nagüman qatar gözləyib,
Nə çəkirəm biləydin kaş.
Söykənib tənha söyüdə
Budaqdan bar gözləyirəm.
Qatarlanıb illər gedir
Mənsə qatar gözləyirəm.
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:36 | Bölməsiz | Şərhlər(5) | Baxış sayı: 366
Bəyaz arzularla gəlib
Dünyanı evim bilmişəm.
Ovcumda ürək qanayıb
Sən demə gora gəlmişəm.
Çağır məni uca tanrım
Yeri, göyü gen bəxtiyar
Çağır gəlim dərgahına
Gəlim görüm orda nə var.
Dünyanı evim bilmişəm.
Ovcumda ürək qanayıb
Sən demə gora gəlmişəm.
Çağır məni uca tanrım
Yeri, göyü gen bəxtiyar
Çağır gəlim dərgahına
Gəlim görüm orda nə var.
Açar sözlər: arzular bəyaz-arzu
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:35 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 365
Gördüm bir kimsədən mənə haray yox
Özüm öz dadıma çatdım, ovundum,
Dərdimi-sərimi qoyub bir yana
Başımı başlara qatdım, ovundum.
Gah gizli, gah aşkar çəkdim acını,
Ram etdim ruhumun ehtiyacını,
Axıb yanağıma düşən damcını
Silib titrək əllə atdım, ovundum.
Əyilməz başlara bəlaymış inad
Məni də qəlibə saldı bu həyat
Laylaya, öyüdə yatmazdım bir vaxt
Qədər sığalına yatdım, ovundum.
Gör nə arzuladım, nəyə qovuşdum
Yovuşmaz günlərə naçar yovuşdum
Bir dəli şimşəkdim keçdim sovuşdum
Eləcə içimdə batdım ovundum.
Özüm öz dadıma çatdım, ovundum,
Dərdimi-sərimi qoyub bir yana
Başımı başlara qatdım, ovundum.
Gah gizli, gah aşkar çəkdim acını,
Ram etdim ruhumun ehtiyacını,
Axıb yanağıma düşən damcını
Silib titrək əllə atdım, ovundum.
Əyilməz başlara bəlaymış inad
Məni də qəlibə saldı bu həyat
Laylaya, öyüdə yatmazdım bir vaxt
Qədər sığalına yatdım, ovundum.
Gör nə arzuladım, nəyə qovuşdum
Yovuşmaz günlərə naçar yovuşdum
Bir dəli şimşəkdim keçdim sovuşdum
Eləcə içimdə batdım ovundum.
Açar sözlər: ْxatirə fərəcli lirik şeir romantik
Yazar: Xatirə Fərəcli | Tarix: İyun 1, 2008 21:34 | Bölməsiz | Şərhlər(6) | Baxış sayı: 373
Qabaqki yazılar
- QALDI
- ÖMRÜMÜN
- AXTARIR
- Havada nə soyuq var...
- Asta-asta çökür qaranlıq...
- Pəncərədən asılıb qalan...
- YENƏ
- Axar hara aparırsa...
- Bu bahar anamsızam...
- Bu dünyanın üzümə...
- Bura təbiətin əl boyda bir bucağı...
- OVUTDUN MƏNİ, OVUTDUN
- Qəbir üstə bitən ağac...
- AY BACIM
- TƏBİƏTİN QOYNUNDA
- SƏNİN SƏADƏTİN MƏNƏM
- NİYƏ GƏLMƏDİN
- İÇİNDƏ
- Gördüm, qar da gördüm, boran da gördüm...
- QORU BU SEVGİDƏN MƏNİ, İLAHİ
- SƏNİ GÖZLƏDİM
- Kiridəcəm ürəyimi...
- ÖMRÜMÜN
- AXTARIR
- Havada nə soyuq var...
- Asta-asta çökür qaranlıq...
- Pəncərədən asılıb qalan...
- YENƏ
- Axar hara aparırsa...
- Bu bahar anamsızam...
- Bu dünyanın üzümə...
- Bura təbiətin əl boyda bir bucağı...
- OVUTDUN MƏNİ, OVUTDUN
- Qəbir üstə bitən ağac...
- AY BACIM
- TƏBİƏTİN QOYNUNDA
- SƏNİN SƏADƏTİN MƏNƏM
- NİYƏ GƏLMƏDİN
- İÇİNDƏ
- Gördüm, qar da gördüm, boran da gördüm...
- QORU BU SEVGİDƏN MƏNİ, İLAHİ
- SƏNİ GÖZLƏDİM
- Kiridəcəm ürəyimi...
Yazılar cəmi: 35
Sonrakı səhifə »




